Azərbaycan boksçusu Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarındakı 1/16 final görüşündə bruneyli Denis Latıpova 3:1 hesabı ilə qalib gəldiyi görüşdən sonra fikirlərini bildirib.
Qol.az xəbər verir ki, o, mediaya açıqlamasında ilk döyüşün həmişə ağır olduğunu deyib: "Çünki əlcəyə, rinqə və ab-havaya öyrəşməmişik. Amma sevinirəm ki, qalib gəldim".
M.Abdullayev bildirib ki, Azərbaycanın iki təmsilçisi Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayorun (69 kq) məğlubiyyətləri ona yaxşı təsir etməyib: "İstərdim ki, onlar da qalib gəlsinlər, medal qazansınlar. Bu baxımdan, bir qədər pis oldum. Qalan hər şey normaldır".
22 yaşlı idmançı 1/8 finalda qarşılaşacağı Baxodir Jalolovun dünya çempionu olduğunu xatırladıb: "Əsas rəqibim o idi, mənə 1/8 finalda qismət oldu. İyulun 29-da üz-üzə gələcəyik. İnşallah, xeyirlisi.
Buradək uzun yol gəlmişik və məşqlərdə böyük əziyyətlər çəkmişik. İnanıram ki, buradan medalsız qayıtmayacağıq".
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu