Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb. Həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan Kənan əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.
Cəbrayıl Hacıyev ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Milli üzvü daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən Cəbrayılın son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb. Hacıyev həlledici görüşdə tam üstünlüklə türk həmkarına qalib gələrək komandamıza 3-cü qızıl medalı qazandırıb.
Fuad Mayılov təsnifat mərhələsində alman rəqibinə uduzub. Almaniya idmançısı finaladək irəliləyib və Mayılov 3-cü yeri tutmaq şansı yaranıb. Ancaq Fuad iyunun 30-da keçirilən təsəlliverici görüşdə türk həmkarıyla da bacarmayıb.
Abdulcəlil Şabanov 1/8 finalda rusiyalı həmkarına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şabanov iyunun 30-da təsəlliverici görüşə çıxıb və gərgin mübarizə şəraitində keçən görüşdə Ukrayna idmançısına minimal fərqlə uduzub.
Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov Macarıstan güləşçisinə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Əhmədov yarımfinalda Ukrayna idmançısından da güclü olub və finala yüksəlib. Həlledici görüşdə məğlub olan Aydın gümüş medalı boynundan asıb.
61 kq
1/8 final: Kənan Heybətov – Nikita Zubal (Ukrayna) 6:5
1/4 final: Kənan Heybətov - Xamzat Arsamerzuyev (Fransa) 10:3
1/2 final: Kənan Heybətov - Daviti Abdaladze (Gürcüstan) 8:5
Final: Kənan Heybətov - Levik Mikaelyan (Ermənistan) 8:5
74 kq
Təsnifat: Cəbrayıl Hacıyev – Mixail Ursu (Moldova) 6:2
1/8 final: Cəbrayıl Hacıyev - Maqomed Abdulkadirov (Rusiya) 5:0 (tuşe)
1/4 final: Cəbrayıl Hacıyev - Balint Balaş (Macarıstan) 9:4
1/2 final: Cəbrayıl Hacıyev - Vladimeri Qamkrelidze (Gürcüstan) 6:5
Final: Cəbrayıl Hacıyev - Taner Qarip (Türkiyə) 12:2
86 kq
Təsnifat: Fuad Mayılov – Coşua Morodion (Almaniya) 1:12
Təsəlliverici görüş: Fuad Mayılov - Emre Çiftçi (Türkiyə) 0:3
92 kq
1/8 final: Abdulcəlil Şabanov – İslam Kilçukov (Rusiya) 4:8
Təsəlliverici görüş: Abdulcəlil Şabanov - Daniil Pidlipenets (Ukrayna) 9:10
125 kq
1/4 final: Aydın Əhmədov – Şaba Ubornyak (Macarıstan) *1:1
1/2 final: Aydın Əhmədov - Vasili Sova (Ukrayna) 5:2
Final: Aydın Əhmədov - Lyova Gevorqyan (Ermənistan)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı