Belçika millisinin baş məşqçisi Roberto Martines zədəli futbolçuları Kevin de Brüyne və Eden Hazardın durumundan danışıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o sözügedən yarımmüdafiəçilərin Avro-2020-nin 1/4 finalında İtaliya ilə qarşılaşmayadək hazır ola biləcəklərini deyib:
"Bu turnir hələ onlar üçün bitməyib. Matçdan əvvəl son 24 saat ərzində futbolçuların bədənlərinin necə reaksiya verdiyini görməliyik. Cümə günü İtaliya ilə görüşdə oynaya bilərlər. Hələlik vəziyyətləri yaxşıdır".
Qeyd edək ki, Belçika - İtaliya qarşılaşması iyulun 2-də Bakı vaxtı ilə 23:00-da başlayacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi