Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş Avro-2020-nin 1/8 finalında Belçikaya uduzaraq mübarizədən kənarlaşdıqları matç (0:1) haqqında danışıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Bu oyun bizim üçün böyük bir məyusluqdur. Çünki 2016-cı ildəki kimi çempion olacağımıza inanırdıq. Futbolçularım da bütün portuqaliyalılar kimi ağlayır.
Qarşıda bizə kömək edə biləcək şeylər də var. Məsələn, 2018-ci ildə dünya çempionatını 1/8 final mərhələsində tərk etdik və növbəti il Millətlər Liqasını qazandıq. Önümüzə baxmalı və növbəti dünya çempionatının qalibi olmağa çalışmalıyıq".
Qeyd edək ki, Portuqaliya səddini aşan Belçika 1/4 finalda İtaliya ilə qarşılaşacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi