Almaniya millisi məşqə çıxa bilmədi

Almaniya millisi məşqə çıxa bilmədi
AVRO-2020 26 İyun 2021 / 17:17 2641
-  A +

Almaniya millisi Avro-2020-nin 1/8 finalında İngiltərə ilə matç öncəsi "Uembli" stadionundakı məşqə çıxa bilməyib.

Qol.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Lev Yens Qrittner açıqlama verib. Sözügedən arenada bu gün İtaliya - Avstriya matçı da oynanılacaq. Həmçinin İngiltərə yığması son 10 gün ərzində bu stadionda 3 matç keçirib. Qrittnerin sözlərinə görə yığmanın baş məşqçisi Yoahim Löv matçın oynanılacağı arenada məşq keçirməyi planlaşdırıb, lakin UEFA nümayəndəsi meydanı yükləməmək üçün hazırlığı ləğv edib:

"Həqiqətən də orada məşq etmək istəyərdik. Orada məşq etməyəcəyimiz xoşagəlməz xəbərdir. Çünki "Uembli" xüsusi stadiondur".

Qeyd edək ki. İngiltərə - Almaniya oyunu iyunun 29-u, Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər