“Avro-2020”nin ən əzmkar komandalarından Macarıstanın futbolçuları ilə bağlı maraqlı video yayılıb.
Qol.az xəbər verir ki, çəkiliş ötən ilin noyabrında komandanın paltardəyişmə otağında aparılsa da, bu günlə tam səsləşir. Millətlər Liqasında millinin İslandiyaya qarşı final oyunundan əvvəl kapitan Adam Salai emosional tərzdə çıxış edərək komanda yoldaşlarına möhtəşəm motivasiya verir.
Qeyd edək ki, həmin görüşdə macarlar 2:1 hesabı ilə qalib gələrək “Avro-2020”nin final mərhələsinə vəsiqə qazanır.
Kapitan Adam Salai çıxışında deyir:
“Biz bura düşmək istəyirdik və indi buradayıq. Bu gün bizim həlledici oyunumuzdur. Koronavirusa görə insanlar işlərini itirir. Koronavirusa görə insanlara az maaş verilir. Biz isə 90 və ya 120 dəqiqəyə bu ili dəyişə bilərik. Bu, sizin üçün təzyiq olmamalıdır. Bu, imkan və sevincdir ki, 120 dəqiqə işimiz var...Hansı ki, bütün ili dəyişə bilərik. Bütün ili! 14 milyon macar bu oyuna TV-dən baxacaq. Biz bunu bacararıq. Necə edəcəyik? Bu gün meydanda yorulan heç kim olmamalıdır! Bu gün təkbətək mübarizədə uduzan olmamalıdır! Meydanda yıxılan heç kim olmamalıdır! Bu gün mən sadəcə ona şahid olmalıyam ki, biz qladiatoruq. Nə baş verməsindən... Nə baş verməsindən asılı olmayaraq, biz yorulmamalıyıq! Və kim ki, ehtiyat skamyada oturacaq, onlar da oyunun taleyini həll edəcək. İrəli, Macarıstan!”
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video