Burak Yılmaz: "Ölkəmizi layiqincə təmsil etmədik"

Burak Yılmaz: "Ölkəmizi layiqincə təmsil etmədik"
AVRO-2020 21 İyun 2021 / 10:30 1475
-  A +

Türkiyə millisinin kapitanı Burak Yılmaz ötən gün Bakıda Avro-2020-nin üçüncü turunda İsveçrəyə uduzduqları maçt (1:3) haqqında danışıb.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu Türkiyə mətbuatına açıqlamasında deyib: "Belə olmamalı idi. Bu cür oynamamalı idik. Hamıdan üzr istəyirik. Ölkəmizi layiqincə təmsil etmədik. Çox kədərləndik".

Qeyd edək ki, Türkiyə qrup sonuncusu kimi və xal qazanmadan yarışda mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər