Şimali Makedoniya futbolunun canlı əfsanəvi Qoran Pandev milli karyerasını başa vurur.
Qol.az xəbər verir ki, Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda bu gün Niderlandla keçiriləcək görüş 38 yaşlı hücumçu üçün vida matçı olacaq. Bunu ölkəsinin mətbuatına açıqlamasında Pandev özü deyib:
"Bəli, bu mənim üçün milli komandanın formasıdakı son matçdır. Düşünürəm ki, bu, milli komanda ilə vidalaşmaq üçün uyğun andır".
1/8 finala çıxmaq şansını itirən Şimali Makedoniya millisi də bu gün turnirdə son oyununu keçirəcək.
Pandev Avstriya ilə matçda (1:3) fərqlənərək makedonların Avropa çempionatları tarixində ilk qolunun müəllifi olub.
Qeyd edək ki, 20 ildir milli komandanın şərəfini qoruyan Qoran Pandev 121 oyuna 38 qol vurub. İtaliyanın "Cenua" klubu ilə müqaviləsi başa çatan veteran hücumçunun futbolçu karyerasını bitirəcəyi də gözləniləndir.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video