Ronaldo dünya rekordunu təkrarladı

Ronaldo dünya rekordunu təkrarladı
AVRO-2020 20 İyun 2021 / 18:28 9179
-  A +

Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Almaniya ilə keçirilən oyun Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu 2:4 hesabı ilə uduzduqları oyunda qol vurmağı bacarıb. O, dünya və Avropa çempionatlarının final mərhələsində vurduğu qol sayını 19-a çatdırıb. Bununla da Ronaldo Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsus dünya rekordunu təkrarlayıb.

Kloze dünya çempionatlarının ən çox qol vuran (16), oyunçusudursa, Ronaldo Avropa çempionatlarının (12) bombardiridir.

Daha çox


Son xəbərlər