Qurban Qurbanov püşkü dəyərləndirdi

Qurban Qurbanov püşkü dəyərləndirdi
ÖLKƏ FUTBOLU 16 İyun 2021 / 16:40 5828
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu mərhələdə İsrailin "Aşdod" komandası ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı deyib:

"UEFA Konfrans Liqası yeni turnirdir. İlk dəfə təşkil olunan yarışa tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsdüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

Daha çox


Son xəbərlər