“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Klubun Müşahidə Şurasının bu gün keçirilən iclasından sonra onlayn mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, komandanın baş məşqçisi vəzifəsində qalan mütəxəssis çempionatın sona çatması münasibətilə hamını təbrik edib.
- Avrokuboklara vəsiqə qazanan və ölkə kubokunun finalına yüksələn hər bir komandaya uğurlar arzulayıram.
Rəhbərliklə bu gün görüşüm oldu. Bu təklif əvvəldən mənə olmuşdu. Növbəti mövsüm əməkdaşlığı davam etdirəcəyimiz yönündə razılaşdıq. Artıq üç ildir işbirliyimizi müəyyən səviyyəyə gətirib çatdırmışıq. Başladığımız işin davamını gətirmək istəyirəm. Çətin və məsuliyyətli iş həvalə olunub. Mənə etimad göstərən rəhbərliyə təşəkkür edirəm.
- Bu mövsüm komanda maliyyə cəhətdən problemlə üzləşdi. Rəhbərlik növbəti mövsüm bunun olmayacağına dair söz verdimi?
- Hazırda növbəti mövsümlə bağlı bir çox məsələlərin müzakirəsi davam edir. Biz də çalışırıq, bu problemlər həllini tapsın ki, növbəti mövsüm stabillik olsun. Rəhbərliklə gələn mövsümlə bağlı bu il yaşadığımız problemlərin olmayacağına dair söhbətlər oldu. Görüşlərə hər zaman ehtiyac var. Bu yöndə görüşlərimiz olacaq.
- Gələcəklə bağlı hansı ümidlər verildi?
- Əsasən akademiyaya diqqət ayrılacaq. Əvəzedici heyətin oyunçularına üstünlük veriləcək. Klub gənc olduğundan, akademiyadan çox oyunçu cəlb etmək tezdir. Biz də digər komandalar kimi akademiyadan istifadə etmək istərdik. Necə ki, “Sumqayıt”, “Qəbələ” kimi klublar akademiyalarından faydalanırlar. Biz də diqqətimizi buna yönəldəcəyik.
- Qarşıdakı mövsümdə legionerlərin sayı azalacaq, yoxsa çoxalacaq?
- Dediyim kimi, müzakirə olunası detallar var. Ümumilikdə legionerlərdən az istifadə edirik. Amma bu, süni şəkildə olmamalıdır. İstəyirik ki, layiqli oyunçular çıxış etsin, yerli və ya əcnəbi olmasının fərqi yoxdur. Daha çox yerlilərə üstünlük veriləcək. Amma bəzi mövqelər var ki, ora yerli tapa bilmirik. Ora da əcnəbi cəlb olunacaq.
- Heyətlə bağlı köklü dəyişiklik gözlənilir və kimlərin gedəcəyi dəqiqdirmi?
- Heyətlə bağlı işlərə hələ başlamamışıq. Heyətin güclənməsinə hər zaman ehtiyac var. Dəyişikliklər olacaq. Bizim istədiyimiz hansısa futbolçu qalmaya da bilər. Kimlərin gedəcəyi ilə bağlı hələ qərar verməmişik.
- Kamran Ağayevin qalması və ya getməsi ilə bağlı müzakirə olub?
- Heç bir futbolçu ilə danışıqlara başlamamışıq. Klubla bu gün razılıq əldə etmişik. Digər məsələlərə bundan sonra başlayacağıq.
- Dünən çempionluğu həll edən oyun oldu. Belə sonluq gözləyirdinizmi? “Qarabağ”ın hegemonluğuna son qoyulması digər komandalara necə təsir edə bilər?
- Demək olmaz ki, “Neftçi” çempionluğa layiq deyildi. Mövsümboyu çıxışları buna gətirib çıxardı. Dünən istənilən nəticə qeydə alına bilərdi. Sevindirici haldır ki, çempionluq uğrunda yarışda da intriqa yaranıb. Ümid edirəm ki, digər klubların imkanları genişləndikcə gələcəkdə çempionluğa oynayan komandaların sayı da artacaq. Məncə, güclü olan qalib gəldi.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi