"Çətin olacağını bilirdik. Rəqib bizdən daha gümrah idi. Buna baxmayaraq, mübarizə apardıq. İlk qol bizi tələsdirdi. Yolumuza davam edəcəyik. Qarşıda üç oyun var, sona qədər mübarizə aparacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, komandasında fiziki və psixololji yorğunluq var: "Alınmayanda alınmır. Bədən yorğun olanda aqressiya da olur. Həqiqətən 3-4 gündən bir oynamaq çətindir. Bu, bəhanə deyil, dözməliyik. Məğlubiyyətdən dərs çıxarmalıyıq".
Cəmaləddin Xocaniyazovun meydandan qovulduğu epizodu dəyərləndirən Abbasov matçda sarı vərəqələrin çox olduğunu söyləyib: "Nə olur olsun, meydanda dözmək lazımdır. Bu oyunla iş bitmir. Onsuz da heyətimiz kasaddır. İtkilər bizə problem yaradır. Nəsə alınmayanda, səbrli olmaq lazımdır. İlk dəqiqələrdən sarı vərəqələr çox oldu. Xocaniyazovun ikinci "sarı"sı oyun epizodunda olmamışdı. Meydanda sarı vərəqəli futbolçu çox idi. Risk etməliyik. Bəzi hücumlarımız Xocaniyazovla alınır. Onu da hücuma qoşmaq istədik. Futbolda belə şeylər olur".
Baş məşqçinin sözlərinə görə, qarşısına Konfrans Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmayıb: "Mən də istəyirəm ki, futbolçularımızın əziyyəti yerdə qalmasın. Bizi təhlükə gözləyir, avrokuboklara getməyə bilərik. Mən bu çətinlikləri, problemləri bilirdim. Bunu bilə-bilə komandada qalmışam. Büdcəmiz budur, bundan artığını edə bilmərik. Mən də istəyərəm ki, heyət geniş olsun. Ona görə hər zaman deyirəm ki, qarşıma nə vaxtsa şərt qoyulsa, mən də şərt qoyacağam. Rəhbərliklə əvvəldən bunları danışmışıq. Mövsümün sonunda avrokuboklara gedə də bilərik, getməyə də. Müqavilə ilə bağlı hələ danışıqlara başlamamışıq. Bütün fikrimiz son oyunlardadır. Mövsüm bitəndən sonra danışacağıq. Alınacaq qalacağıq, alınmayacaq qalmayacağıq".
Mütəxəssis "Azərbaycan Kuboku, yoxsa Premyer Liqa" sualına bu cür cavab verib: "Qarabağ"la ölkə kubokunun ilk yarımfinal oyununda sırf Premyer Liqa haqqında düşünürdük. Lakin bu oyunun nəticəsi imkan verdi ki, risk edək. Sonra Zirədən xalla ayrıldıq. Kubokun cavab matçında vuruşmalıydıq. Alındı və finala yüksəldik. Çempionatda sona 3 oyun qalıb, bunu fikirləşmək məcburiyyətindəyik. Onsuz da kubokun finalı sondadır. Qarşıdakı üç oyunda çox diqqətli olub, mübarizə aparacağıq".
Abbasov ölkə kubokunda finala çıxdıqları üçün komandaya söz verilən mükafatı almadıqlarını deyib: "Çempionatın elə dönəmindəyik ki, futbolçuların motivasiyası qalxmalıdır. Mükafat söz verilib. İnanırıq ki, rəhbərlik son oyunlarda futbolçulara motivasiya verəcək. Digər klublar haqqıda danışmaq istəmirəm".(Report)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı