"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Qol.az saytına müsahibə verib.
- Azərbaycan kubokunun "Qarabağ"la cavab görüşündə futbolçular 120 dəqiqə meydanda oldu. Hazırda komandada fiziki cəhətdən durum necədir?
- Onsuz da sıx qrafiklə oynayırıq, çempionatın oyunları tez-tez keçirilir. Əlavə vaxt da oyanmaq bizim üçün daha da ağır oldu. Amma çalışırıq ki, onu bərpa edək. Futbolçular çətin olsa belə, buna dözməlidirlər.
- "Qarabağ"ı keçib finala çıxdığınıza görə komandaya mükafat verildi?
- Xeyr, hələ verilməyib. Ümid edirəm ki, rəhbərlik öhdəsinə düşəni edəcək. Futbolçular həqiqətən zəhmət çəkiblər. Bu gün kənardan asan görünə bilər, lakin "Qarabağ"ı yarımfinalda keçməyimiz böyük uğurdur. Son illər "Sumqayıt" "Qarabağ" və "Neftçi" kimi güclü klublarla yaxşı mübarizə aparır. Məncə, rəhbərlik bunu fikirləşib dəyərləndirəcək.
- Premyer Liqada növbəti oyununuz "Sabah"ladır. Hazırlıq necə gedir?
- Biz kubokun yarımfinal oyununu unudub, dərhal fikrimizi çempionata yönəltmişik. Bilirsiniz ki, bizim qarşıda 4 ağır oyunumuz var. Əgər yaxşı nəticə istəyiriksə, bu oyunlarda qələbə qazanmalıyıq. Əli Qurbani zədəlidir, Tellur Mütəllimov isə cəzalı durumda olduğuna görə oyunu buraxacaq. Ümumiyyətlə, komandada ab-hava yaxşıdır.
- Əli Qurbaninin durumu nə yerdədir?
- Bu gün onu müayinədən keçirəcəyik. Günün ikinci yarısından sonra daha dəqiq bilinəcək. Topu qəbul edərkən zədələnmişdi. Ümid edirik ki, bərpası çox çəkməz. Onun yoxluğu bizim üçün böyük itki olar. İnşallah, final oyununa qədər yaşıl meydanlara dönər.
- Sabah qapıda "Qarabağ"la oyunda inamlı çıxış edən Aydın Bayramov olacaq, yoxsa Mehdi Cənnətov?
- Biz onu belə təyin etmirik. Hər iki qapıçıya güvənirik. Sabah da seçim edəcəyik.
- Mayın sonlarında Azərbaycan milli komandasının toplanışı olacaq. Sizcə, Aydın Bayramov orada yerini haqq edirmi?
- Buna qərar verən milli komandanın məşqçiləridir. Mən həmişə deyirəm ki, hər iki qapıçıda böyük potensial var. Hər ikisi dəvət olunarsa, daha çox sevinərik. Çünki ikisi də əsas qapıçımızdır.
- “Sumqayıt”da maliyyə durumu nə yerdədir?
- Rəhbərlik öhdəsinə düşəni edir. Kimlərlə müqavilə bağlanıbsa, onların maaş və bonusları verilir. Bizim klubda elə bir problem olmayıb. Təbii ki, digər komandalarla müqayisə etsək, onlar qədər büdcəmiz yoxdur. Amma rəhbərlik öhdəsinə düşəni edir.
- Məhdud büdcə ilə bu cür komanda yaratmağı necə bacarmısınız?
- İlk növbədə rəhbərliklə qarşımıza qoyulan məqsəd üçün mövqelərə yaxşı oyunçular tapmışıq. Bu önəmlidir. İkincisi, burada kollektiv ruhu var, komanda ruhu var. Futbolçular, işçilər və bütün komanda üzvləri əl-ələ verib inamla addımlayır. Bundan başqa neçənci mövsümdür buradayam, çalışıb döyüşkən komanda yaratmışıq.
- Finalda "Keşlə" ilə qarşılaşacaqsınız. Sənan Qurbanovla ardıcıl ikinci il dueliniz olacaq. Revanş imkanınız var...
- Məşqçilər arasında revanş mənə qəribə gəlir. Çünki biz tez-tez qarşılaşırıq. Əlbəttə, final oyunudur, 1 oyundan ibarətdir. Hər ikimiz qalib gələ bilərik. "Keşlə" həqiqətən yaxşı klubdur, yaxşı oyunçuları var. Nəticəni hər an dəyişə biləcək futbolçulara sahibdir. Bunu yarımfinal oyununda göstərdilər. Bizim əsas məqsədimiz kuboku almaqdır. Futbolçularıma demişəm ki, biz buna layiqik.
- Avrokuboklara getmək şansınız çoxdur. Ötən mövsüm Premyer Liqa yarımçıq qaldı və sizin Avroliqaya təsadüfi getdiyinizi deyənlər oldu. İndi sübut etmək istəyirsiniz ki, bu, təsadüf deyil?
- Açığı bizim bu məsələdə sübut etmək kimi fikrimiz yox idi. Biz öz işimizi görürük. Çünki ötən mövsüm çempionat pandemiyaya görə vaxtından əvvəl dayandı. Bəzi klubların etirazı oldu, bu da normal idi. Onların da iddiası var idi ki, avrokuboklara vəsiqə qazanarlar. Amma biz ötən il Avropa Liqasına təsadüf nəticəsində getmədik. 1 gün və ya 1 ay turnir cədvəlində uğurlu mövqedə olmadıq. Mövsümün əvvəlindən mübarizə aparırdıq. Bu ili də götürsək, mövsümün əvvəlindən həm biz, "Zirə" və digər klublar 3-4-cü yerlər uğrunda mübarizə aparır. Biz də birinci yerdə olmuşuq, "Zirə" də birinci yerdə olub, "Neftçi", "Qarabağ" da. Davamiyyət belə gedib. "Keşlə" finala çıxandan sonra hansına komanda kənarda qala bilər. Biz də ola bilərik, başqa komandalar da. Mövsümün əvvəlindən deyirəm ki, istəyirik avrokuboklara gedək, amma bu alınmasa, bizim üçün faciə olmayacaq. Bizim gördüyümüz iş göz önündədir. Kiməsə sübut üçün işləmirik. Sabitliyi qoruyuruq.
- "Sumqayıt" Avropada oynamağa hazırdır?
- Mənim ən böyük istəyim odur ki, hazırkı heyəti qoruya bilək. Bu vacibdir. Keçən il heyəti 8 aparıcı futbolçu tərk etdi. Belə olanda biz məşqçilər çox çətinlik çəkirik. Deyirlər ki, gedib başqa futbolçu transfer ediləcək. Xeyr, belə asan deyil. Gələn futbolçunun uyğunlaşma prosesi var. Bu, vaxt aparan amildir. Ötən mövsüm Avroliqada rəqibimiz olan "Şkendiya" güclü idi. Daha sonra Makedoniya çempionu oldular. 1 oyundan ibarət olsa da, yaxşı mübarizə apardıq. Bu mövsüm də istədiyimiz mövqelərə transferlər etsək, düşünürəm ki, uğurlu olar.
- Yeni transferlər olacaq?
- Bu il hamının müqaviləsi bitir. O cümlədən mənim də. Klub rəhbərliyi ilə belə məsələ ilə bağlı hələ görüşlər olmayıb. Çünki buna özüm ehtiyac görmədim. Bu qədər oyunların içərisində hansına məsələ haqqında görüşməyə ehtiyac yoxdur. Təbii ki, çempionat bitəndən sonra görüş olacaq, təkliflər dinləniləcək. Gələn ilin maliyyə məsələləri, qarşıya qoyulan məqsədləri görəndən sonra qərar veriləcək. Bizim də planımız var, məqsədimiz var. Bunu zamanında müzakirə edəcəyik.
Ağa Dadaşzadə
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır