"Real" və "Barselona"nı cəzalandırmaq lazım deyil" - La Liqa rəhbəri

"Real" və "Barselona"nı cəzalandırmaq lazım deyil" -  La Liqa rəhbəri
DÜNYA FUTBOLU 22 Aprel 2021 / 19:40 2675
-  A +

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Superliqa qurucularından olan "Real" və "Barselona"nın buna görə cəzalandırılmayacağını açıqlayıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, çempionatın rəhbəri bu klubların La Liqanın əsas gücü olduğunu xatırladıb:

"La Liqanın gücünün "Real" və "Barselona"ya söykəndiyini bildirmək istəyirəm. Məncə, onları cəzalandırmaq lazım deyil. Bunun təkrarlanmamsı üçün xüsusi tədbirlər gösrməliyik. Bu, cəzadan yaxşıdır".
 
Xatırladaq ki, aprelin 19-da "Real" və "Barselona" da daxil olmaqla Avropanın 12 klubu Superliqa yaratdıqlarını elan etmişdi. Lakin artıq bu iki klubdan başqa hamısı layihdən geri çəkildiklərini açıqlayıb. 

Son xəbərlər