"Real" 3 cavabsız qolla liderliyə yüksəldi

"Real" 3 cavabsız qolla liderliyə yüksəldi
DÜNYA FUTBOLU 22 Aprel 2021 / 02:00 3160
-  A +

İspaniya La Liqasında 31-ci tura start verilib.
 
Qol.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib.
 
“Sevilya” səfərdə “Levante”ni minimal hesabla üstələyib. “Valensiya” isə “Osasuna” ilə səfər matçından məğlubiyyətlə ayrılıb. “Vilyarreal” da “Alaves”lə səfər matçında xalsız qalıb.
 
“Betis” – “Atletik” və “Elçe” – “Valyadolid” matçlarında qalib müəyyənləşməyib. Madrid “Real”ı isə səfərdə “Kadis”i böyük hesabla məğlub edib.


21 aprel
 
"Levante" – "Sevilya" - 0:1
Qol
: En Nesiri, 53.
 
"Osasuna" – "Valensiya" - 3:1
Qollar:
Martines, 13. Kalyeri, 32. Torres, 67 – Qameyro, 30.
 
"Betis" – "Atletik" - 0:0
 
"Alaves" – "Vilyarreal" - 2:1
Qollar:
Xoselu, 17. Mendes, 80 – Alkaser, 50.
 
"Elçe" – "Valyadolid" - 1:1
Qollar:
Fidel, 22 – Olasa, 86.
 
"Kadis" – "Real" - 0:3
Qollar:
Benzema, 30; 40. Odriosola, 33.

Qələbə saysəində xallarını 70-ə çatdıran "Real" liderliyə yüksəlib. "Atletiko" eyni xalla 2-ci, "Sevilya" 67 xalla 3-cü, "Barselona" 65 xalla 4-cüdür.
 

Daha çox


Son xəbərlər
11.05.21  16:40

"Real" Mendini itirdi