"Bavariya"da növbəti iki ciddi itki

"Bavariya"da növbəti iki ciddi itki
DÜNYA FUTBOLU 8 Aprel 2021 / 16:32 1345
-  A +

"Bavariya"nın futbolçuları Niklas Zyüle və Leon Qoretska  Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyununu buraxacaqlar.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb onların Paris təmsilçisi ilə ilk matçda (2:3) zədələnmələridir. Sözügedən futbolçular zədəyə görə görüşün ilk hissəsində əvəzləniblər.

Qeyd edək ki, PSJ ilə cavab qarşılaşmasında zədəli olan Robert Levandovski və Serj Qnabri də oynamayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner