"Qəbələ" klubunun kapitanı, qapıçı Anar Nəzirov Qol.az saytına müsahibə verib.
- Premyer Liqada sonuncu dövrə başlayır. "Qəbələ" hansı nəticəni əldə edəcək gücdədir?
- Biz hər oyuna maksimum dərəcədə hazırlaşıb çıxırıq. Bu dövrəyə də eyni motivasiya ilə hazırlaşacağıq. Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır. Futbolçularımız da var gücü ilə buna çalışır.
- Əksər oyunlarda qələbə topunu vurmağa çətinlik çəkirsiniz. Bunun səbəbi nədir?
- Yenə deyirəm, maksimum dərəcədə çalışırıq. "Zirə" ilə oyunda da son dəqiqədə qol buraxdıq. "Qəbələ" göz oxşayan futbol nümayiş etdirir. Amma çempionat davam edir, var gücümüzlə çalışırıq ki, uğurlu nəticələr qazanaq.
- Hakimlərin qərarlarına etirazlar çox olur. Bu haqda nə deyə bilərsiniz?
- İnsanıq, hər kəs səhv edə bilər. Adicə biz də oyunlarda hansısa səhvləri edəndə baş məşqçimiz bizim səhvlərimizi deyir. Çalışırıq ki, onu düzəldək. Hakimlər də həmçinin. Amma mənim istəyim odur ki, bizə qarşı qərəzli olmasınlar. Kiminsə xətrinə dəymək istəmirəm, amma elə epizodlar olur ki, göz yumurlar, amma bizə gələndə xırda faulu qeydə alırlar. Sadəcə, qərəzli olmasınlar, başqa sözüm yoxdur.
- Müqavilənin sonuna az vaxt qalıb. Klubunu dəyişmək və ya müqaviləni yeniləmək kimi planınız varmı?
- İndidən nəsə demək çox tezdir. Hələ çempionat davam edir. Müqaviləmə gəlincə, rəhbərlik mənimlə davam etmək istəsə, müqavilə yenilənəcək.
- Hazırda Azərbaycan çempionatlarında karyerasını davam etdirən qapıçılar arasında ən çox oyun keçirmisiniz. 25 oyun qalıb ki, Fərhad Vəliyevin rekordunu qırasınız.
- Əlbəttə, bunu çox istəyirəm. Hər şey qaydasında getsə, zədə olmasa, çalışacağam ki, rekorda imza atım.
- Uğurlu mövsüm keçirirsiniz, amma milliyə dəvət almadınız...
- Bəli, şükürlər olsun hər şey yaxşıdır. Milli komandaya uğurlar arzu edirəm, orda da həmkarlarımızdır. Hər birinin uğurlu oyun göstərəcəyinə inanıram. Məşqçinin qərarına hörmətlə yanaşıram. Amma millinin baş məşqçisi məni görmürsə, nə deyim? Bilirdim ki, dəvət gəlməyəcək.
- Nədən bilirdiniz ki, dəvət gəlməyəcək?
- Mən açıq danışan insanam. Nəyisə gizlətməyi sevmirəm. Hazırda gənc qapıçılara şans verilir. Onlara uğurlar arzu edirəm. Əsas odur milli qazansın.
- Milli komandamızdan nə gözləyirsiniz?
- Çətin qrupa düşmüşük. Rəqiblərimiz Avropanın sayılıb-seçilən yığma komandalarıdır. Maksimum dərəcədə yaxşı hazırlaşıb əzm göstərərək uğur qazanmaq olar.
Ağa Dadaşzadə
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı