"Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimov Qol.az saytının suallarını cavablandırıb
- Dünən UEFA Gənclər Liqasının ləğvi ilə bağlı qərar verdi. Komandamızın həmin yarışda çıxış edəcəyini nəzərə alsaq, bu qərar Akademiyanın planlarına, hazırlığına hansı mənfi təsirləri göstərəcək?
- Əlbəttə ki, mənfi təsir elədi. Bu mənfi təsir əsasən, futbolçuların motivasiyası və oyunlara köklənməsi ilə əlaqədardır. Çünki artıq 1 ilə yaxındır ki, biz rəsmi oyuna çıxmırıq. Nisbətən aşağı yaşlılarda rəsmi oyun əksikliyini yoldaşlıq oyunları və məşqlərlə aradan qaldırsaq da, artıq 19 yaş peşəkar futbola demək olar ki yaxınlaşmış yaşdır. Xeyli sayda özümüzdən güclü və zəif rəqiblərlə yoldaşlıq görüşləri keçirmişik. Müəyyən dərəcədə oyun azlığı aradan qalxsa da, rəsmi oyunun səviyyəsi fərqlidir.
- Məlumdur ki, böyüklər arasında yarışlara görə UEFA klublara qonorar ödəyir. Bəs Gənclər Liqasında necə, belə bir təcrübə varmı?
- Səfər oyunlarına görə hər səfərə çıxan komandaya 25 min avro məbləğində ödəniş olunur. Bu məbləğ bilet, otel və digər xərclərə yönəlir. Üstəgəl COVİD-19-a görə testlər də var. Yəni bu 25 min avro ancaq səfər xərclərini qarşılamağa kifayət edir. Həmin məbləğ veriləcək. Biz də püşkdən dərhal sonra hazırlığa başladıq. Həm bilet, həm otellə danışıq apardıq. Biletlərin alınması üçün müəyyən məbləğdə depozit də qoyduq və həmin depozit də itkiyə getmiş olacaq. İndi o məbləği bərpa etməyə çalışırıq.
- Bu mövsüm klubunuzun büdcəsində azalma oldu. Bu, akademiyanın fəaliyyətinə hansı mənfi təsirləri göstərib?
- Bu mövsüm büdcənin azalması işçi və yataqxanada qalan futbolçu heyətinin azalmasına gətirib çıxarıb. Əvvəl 73 yataqlı yataqxanamız var idisə, indi bu sayı 30-31-ə salmışıq. Deyərdim ki, futbolçu və işçi sayının azalması mənfi təsiri ilə yanaşı, müsbət təsiri də var. Bunlardan biri futbolçular üçün daha çox yer və meydan açılması ilə əlaqədardır ki, bu halda onlar özlərini daha yaxşı göstərmək imkanı qazanırlar. Məşqçilər üçün də müsbət tərəfi bundadır ki, daha kompakt şəkildə çalışırıq.
- Akademiyanın yetirməsi olan futbolçularınız istədiyiniz səviyyədə çıxış edə bilirlərmi?
- Əvvəlcə onu deyim ki, bu uşaqların hər birini maraqla izləyib, nəzərdə saxlayırıq. Mümkün qədər canlı baxırıq. Olmayanda isə nəticələrlə tanış oluruq. Çatışmazlıqları təbii ki, görürük. Futbol elə bir oyundur ki, futbolçunun həmişə çatışmayan cəhətləri olur və olmalıdır. Bizim çıxaracağımız nəticələrə gəldikdə isə, hazırda peşəkar səviyyədə oynayan oyunçularımıza baxırıq. Onlarda əgər hansısı xüsusi bəzərə çarpan çatışmazlıqlar olarsa, bunun səbəbini özümüzdə də axtarırıq.
- Akademiyanın yetirmələri olan bir çox futbolçunuz hazırda digər klublarda çıxış edir. Hazırda başqa futbolçularınıza təkliflər varmı?
- İndi mövsüm davam etdiyinə görə xüsusi təkliflər yoxdur. Amma yenə də fikirləşirəm ki, mövsümün sonuna doğru xüsusən transfer dönəmi başlayanda müəyyən təkliflər gələcək. Hazırda Premyer Liqa klublarında mütəmadi olaraq meydana çıxan 17 oyunçumuz var və daha bir neçə oyunçu var ki, öz növbələrini gözləyirlər.
- "Qəbələ" Futbol Akademiyası bir müddət əvvəl türkiyəli mütəxəssis Halım Fıçıcı ilə yolları ayırdı. Bu gün akademiyada əcnəbi mütəxəssis çalışırmı?
-Halım hoca klubumuzda çalışan sonuncu əcnəbilərdən biri idi. Dilim də gəlmir, ona əcnəbi deyim. Artıq 10 il idi ki, bizimlə birgə Qəbələdə yaşayırdı. Hazırda klubumuzda əcnəbi mütəxəssis çalışmır. Bütün mütəxəssislərimiz yerlidir. Amma bir məqamı qeyd etmək istəyərəm ki, geridə qalan illər ərzində klubda çalışan əcnəbi mütəxəssislərin böyük əksəriyyəti bizə miras qoyub gediblər. Onlardan müəyyən şeylər öyrənmişik. Həmin mütəxəssislərdən qazandığımız təcrübəni beynəlxalq səfərlər, iş təcrübəsi zamanı istifadə edirik. Hazırda akademiyamızın baş məşçqçisi vəzifəsini Famil Xəlilov yerinə yetirir. Gənc mütəxəssisimizdir. Futbol savadı və analiz qabiliyyəti yüksəkdir. O, ilk ildir ki, akademiyamıza rəhbərlik edir. Mənə elə gəlir ki, zamanla öz təcrübəsini artırıb, ölkənin ən yaxşı uşaq futbol mütəxəssislərindən birinə çevriləcək.
- Yerli gənc məşqçilərin peşə səviyyəsi ilə bağlı bəzən mediada tənqidi fikirlərə rast gəlinir. Bunlar nə dərəcədə əsaslı fikirlərdir?
- Təbii ki, əsaslı fikirlərdir. Gənc məşqçilərimizdə çatışmayan cəhət çoxdur. Ümumiyyətlə, ölkədə əksər sahələrdə peşəkar kadr problemi göz önündədir. Yəqin ki, növbəti illərdə bunlar aradan qalxar. Xüsusilə məşqçilər uşaqlarla birbaşa təmasda olduqları üçün, onlar gələcək karyeralarına görə özlərini daha yaxşı inkişaf etdirməlidir. Amma bu çatışmazlıq təkcə futbolda və məşqçilikdə deyil. Bir akademiya rəhbəri olaraq kimi göz önündən keçirirəmsə, təsəvvür edin ki, yaxşı fiziki hazırlıq üzrə məşqçi, yaxşı idman həkimi, performans məşqçilərinə qədər hər birində əskikliyimiz var. Bu çatışmazlıqlar bizi müasir futboldan geri salır. Məşqçilərin inkişafı üçün mütləq ki, yaxşı kurslar, beynəlxalq səfərlər olmalıdır. Bu məqamlar hər biri vacidir. Amma bir məşqçi də özünü müəyyən səviyyəyə gətirib, çatdıra bilər. Bunun üçün də güclü xarakter olmalı və çoxlu çalışmalısan. Bizim akademiyamızda bu günədək 50 məşqçiyə şans verilbsə, həmin məşqçilərdən 10-15 nəfər özünü yaxşı səviyyəyə çatdıra bilib.
Mina MUSAYEVA
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi
“Bavariya”dan əsrin rekordu
Qadın futbolunda yeni mərhələ başlayır
“Gəncənin futbol əfsanələri” şurası yaradılıb
Ababukar bu gün Azərbaycanda debüt edə bilər
"Qəbələ" - "Neftçi": Heyətlər
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
"Mançester Yunayted" - "Brayton" matçındakı 6 qol - Video
"Layiq olduğumuz xalı qazandıq" - Patrik Andrade
Millimizin üzvü oynadı, komandası qalib gəldi
1000-ə çatmağa 50 qol qaldı
Bu gün “El-Klasiko” var - Saat neçədə və hansı kanalda?
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
"Liverpul"dan ardıcıl 4-cü məğlubiyyət - Video
Qadın güləşçimizdən bürünc medal - DÇ
“Bavariya” 3 xalı 3 qolla qazandı - Video
PSJ səfərdən qələbə ilə qayıtdı - Video
“Traktor”dan darmadağın
“Çelsi” öz meydanında uduzdu - Video
Rüfətin məhsuldar ötürməsi xal qazanmaq üçün bəs etmədi
Kənan Yıldız Avropa nəhənglərinin maraq dairəsində
“Zirə” 3 xalı 1 qolla qazandı - Video
Rəşad Sadıqov: “Çox vacib 3 xal qazandıq”
Saşa İliçdən oyun sonrası açıqlama
“Sabah” etiraz edir - Video
“Çelsi” uduzdu
Masazırda 4 qol - Video
Elmar Baxşıyev: “Son dəqiqə qolu futbolun emosiyasıdır”
“Bilmirəm, Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək”
“Real” “Barselona” ilə oyun üçün heyətini açıqladı
“Zirə” - “Sumqayıt”: Heyətlər
Yamaldan “Real” haqda qalmaqallı açıqlama
“Avrokuboklar rekorduma təəccübləndim” - Leandro Andrade
"İmişli"dən ciddi zədə alan futbolçusu ilə bağlı açıqlama
"Çelsi" futbolçuları məşq bazasından təxliyə olundular
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər