100-cü oyunda 50-ci qələbə

100-cü oyunda 50-ci qələbə
PREMYER LİQA 23 Noyabr 2020 / 14:00 1029
-  A +

"Zirə"nin Azərbaycan Premyer Liqasının 10-cu turunun “Keşlə” ilə qarşılaşmasındakı 3:1 hesablı qələbə yubileylərlə əlamətdar olub.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Zirə” bütün turnirlər nəzərə alınmaqla öz meydanında 50-ci qələbəsini qazanıb. Bu, klub tarixinin 100-cü ev oyununa təsadüf edib. Digər qarşılaşmalarda 26 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada 75-ci ev matçı və 35-ci qələbə olub. “Qartallar” öz meydanında 21 heç-heçə və 19 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, 50 ev qələbəsindən 35-i Premyer Liqaya təsadüf edibsə, birinci divizionda 9 (15 oyun), Azərbaycan kubokunda 5 (8 oyun), UEFA Avropa Liqasında 1 (2 oyun) qalibiyyət əldə olunub.

Son xəbərlər