"Bu oyunda komandamdan daha çox şey gözləyirdim. Mübarizə əsasən meydanın mərkəzində getdi".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Səbail"lə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, meydanda bərabər səviyyəli oyun getdiyini bildirib: "Çox baxımlı futbolun şahid olmadıq. Halbuki daha yaxşı oynaya bilərdik. Bunun üçün potensialımız var. İstədiyimizi gerçəkləşdirə bilmədik".
Bəzi epizodlarda futbolçularına sərt reaksiya verən baş məşqçi onlara dəstək olduğunu da vurğulayıb: "Mən özüm də bu cür reaksiya ilə az üzləşməmişəm. Bir çox məşqçi futbolçularından nə isə tələb edir. Heç də hər zaman belə deyiləm. Çünki onlara dəstək olduğum anlar da olub. Ona görə tələbkarlıq göstərirəm ki, daha yaxşı oynaya bilərlər. Futbol oynadığım vaxtda özüm də çox tələbkar olmuşam, epizodlara reaksiya vermişəm".
Komandanın gürcüstanlı hücumçusu Davit Volkovun oyununun alınmamasının səbəbi barədə R.Sadıqov bunları deyib: "Son 3 oyunda qol vurmaqda çətinlik çəkirik. Cəmi 1 dəfə fərqlənmişik. Sumqayıtda yaxşı qol imkanlarımız oldu. "Qarabağ"la matçda bəzi epizodlarda yaxşı əks-hücuma keçdik. Qol epizodu yaratmaqda çətinliyimz var. Problemi sırf Volkovla əlaqələndirməzdim. Rəqiblərimiz də bizi analiz edir. "Səbail" yaxşı müdafiə olunurdu. Hücumçu elədir ki, ona şərait yaratmaq lazımdır".
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"