"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qarşılaşacağı Moldova "Sperantsa"sı ilə oyundan öncə mətbuat konfransı keçirib.
- Sabahkı oyunla bağlı nə deyə bilərsiniz?
- Bir neçə müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. "Şerif"lə yaxşı uğurlar qazanmışam. Bizi ciddi rəqib gözləyir. Bunu anlayırıq. Ona görə daha erkən gəldik ki, yaxşı hazırlaşa bilək və uyğunlaşaq.
- "Sperantsa"nın prezidenti vurğulayıb ki, rəqiblə fərqimiz odur ki, biz pomidor satırıq, onlar isə neft satırlar...
- Rəqib komandanın prezidentinin dediyi sözlərə şərh vermək istəmirəm. Biz futbol oynamağa gəlmişik. Bunun isə futbola aidiyyəti yoxdur.
- Dabo və Mustivarın olmaması "Neftçi"yə nə qədər təsir edəcək?
- Onlar ilk günlərdən bizimlə məşq eləmirlər. Onlarsız hazırlaşmışıq. Dabonun əvəzinə keyfiyyətli Stiven Monroz var. Hər mövqedə yaxşı oyunçularımız mövcuddur.
- İkinci dəfə "Neftçi"də baş məşqçi kimi Avropa Liqasında mübarizə aparacaqsınız. Birinci dəfəki oyundakı uğursuzluğun yaşanmaması üçün kollektivi oyuna kökləyə bilmisiniz?
- Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Onlar fiziki olaraq bizdən üstün ola bilərlər. Çünki Moldovada çempionat davam edir. Biz son bir ayda çox yaxşı hazırlaşmışıq.
- "Neftçi"də yeni oyunçular var. Komanda ilk rəsmi oyunu səfərdə keçirəcək. Bu yeni futbolçular üçün üstünlükdürmü?
- Yeni gələn oyunçular komandaya yaxşı uyğunlaşıblar. Çalışacaqlar ki, gözləntiləri doğrultsunlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Ev və ya səfər oyunu olmasının fərqi yoxdur.
- Sabahkı oyunda hansı nəticə sizi qane edir?
- Əlbəttə ki, məğlub olmamaq. Yaxşı nəticə və qələbə üçün gəlmişik. Amma nəzərə almaq lazımdır ki, Avropa Liqası iki matçdan ibarətdir. Ehtiyatlı davranmalıyıq.
- Roberto Bordin amili "Neftçi' üçün üstünlükdür yoxsa, onu yaxşı tanıyan rəqib üçün?
- Əlbəttə ki, rəqibin baş məşqçisini və oyunçularını yaxşı tanıyıram. Onlar evdə oynayırlar. Bizə qarşı ilk dəqiqələrdə pressinq edə və hücuma can ata bilərlər. Biz isə buna imkan verməməyə çalışacağıq.
- Moldova çempionatını izləyirdinizmi?
- Moldovadan gedəndən sonra çempionatı o dərəcə izləmirəm. Rəqibi təhlil edəndə baxdım. Onlara hörmətlə yanaşıram.
- "Forza Neftçi" azarkeş qrupu neçə km yol qət edərək Moldovaya gəlib. Bu barədə nə deyə bilərsiniz?
- Çalışacağıq ki, gözəl oyun göstərək və azarkeşləri sevindirək. İnanıram ki, matçın sonunda yaxşı nəticəni qeyd edəcəyik. Onlar hər zaman bizim yanımızda olublar və komandanı dəstəkləyiblər. Bu isə bizə motivasiya verir (Report).
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev