Bundesliqada 28-ci tura yekun vuruldu

Bundesliqada 28-ci tura yekun vuruldu
DÜNYA FUTBOLU 8 Aprel 2019 / 00:09 1412
-  A +

Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 görüş keçirilib. "Hoffenhaym" səfərdə "Auqsburq"u darmadağın edib - 4:0. Münhenqladbax "Borussiya"sı isə evdə "Verder"lə 1:1 hesablı heç-heçəyə razılaşıb.

7 aprel

"Auqsburq" - "Hoffenhaym" - 0:4
Qollar:
A. Kramariç, 6 (0:1), İ. Belfodil, 61 (0:2), 74 (0:3), 82 (0:4)

"Borussiya" (Münhenqladbax) - "Verder" - 1:1
Qollar:
F. Noyhaus, 49 (1:0), D. Klassen, 79 (1:1)

Qeyd edək ki, 28 turdan sonra "Borussiya" (Menhenqladbax) 48 xalla 5-ci, "Hoffenhaym" 44 xalla 7-ci, "Verder" 48 xalla 8-ci, "Auqsburq" 25 xalla 15-cidir. Turnir cədvəlinə isə 64 xalı olan "Bavariya" başçılıq edir. 2-ci sıradakı Dortmund "Borussiya"sının 63 xalı var.

Son xəbərlər