Gürcü futbolçudan Emil Balayevə dəstək - "Hamımız səhv edirik"

Gürcü futbolçudan Emil Balayevə dəstək - "Hamımız səhv edirik"
DÜNYA FUTBOLU 7 Aprel 2019 / 11:55 3847
-  A +

"Əsas odur ki, qalib gəldik. Təəssüf ki, son dəqiqələrdə fərdi səhvdən qol buraxdıq. Ammafutbolda belə şeylər olur".

Qol.az xəbər verir ki, bu sözləri Qazaxıstan "Tobol"unun yarımmüdafiəçisi Nika Kvekveskiri klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 4-cü turunda "Aktobe"yə 2:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib. Emil Balayevin matçın sonlarında qolla nəticələnən kobud səhvindən də söz açan gürcüstanlı futbolçu millimizin qapıçısına dəstək olub:

"Emil Balayevə dəstək olaraq, onu deyə bilərəm ki, biz hamımız səhv edirik. Sadəcə, qapıçı səhvə yol verəndə bu, tabloda öz əksini tapır və gözə dəyir. Bütün komanda ilə Emili dəstəkləyirik. Biz kollektivik və bir-birimiz üçün mübarizə aparırıq. Ailə kimiyik, bir-birimizin səhvlərini düzəltməyə kömək edirik. Uğurumuzun əsas səbəblərindən biri budur".

Son xəbərlər
30.06.24  14:50

"Turan Tovuz" onu