"Bavariya" "Borussiya"nı darmadağın edib liderliyə yüksəldi

"Bavariya" "Borussiya"nı darmadağın edib liderliyə yüksəldi
DÜNYA FUTBOLU 6 Aprel 2019 / 22:29 5722
-  A +

Bu gün Almaniya Bundesliqasında 28-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında "Bavariya" doğma meydanda Dortmund "Borussiya"sını qəbul edib və rəqibini darmadağın edib - 5:0.

"Bavariya" - "Borussiya" - 5:0
Qollar:
Hummels, 10, Levandovski, 17, Martines, 41, Qnabri, 43, Levandovski, 89

Bu qələbə ilə xalını 64-ə yüksəldən Münhen klubu ilk pilləyə yüksəlib, Dortmund təmsilçisi isə 63 xalla 2-ci pilləyə düşüb. "Leyptsiq" 55 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, bu komandalar arasında mövsümün ilk dövrəsində Dortmundda keçirilən oyunda "Borussiya" 3:2 hesablı qələbə qazanmışdı.

Son xəbərlər