"Mançester Yunayted" yayda heyətinə 6 futbolçu cəlb etməyi planlaşdırır.
Qol.az "The Times" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Ole-Qunnar komandanın sabiq çalışdırıcısı Ser Aleks Fergüsson kimi heyətdə ingilis futbolçuların sayını çoxaltmaq istəyir.
Buna görə də "qırmızı şeytanlar" "Kristal Pelas"ın müdafiəçisi Aaron Van-Bissaku, "Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceyndon Sanço, "Çelsi"nin hücumçusu Kallum Xodson-Odoy, "Real"ın müdafiəçisi Rafael Varan və "Atletiko"nun yarımmüdafiəçisi Saul Niqesi transfer etmək istəyir.
Xatırladaq ki, Britaniya mətbuatı yayda "mankunyanlar"ın 6 futbolçu - Ander Errera, Xuan Mata, Aleksis Sançes, Antonio Valensiya, Markos Roxo və Matteo Darmianla yolları ayıracağını da yazıb.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi