Zidandan Hazard açıqlaması - "Onu həmişə qiymətləndirmişəm"

Zidandan Hazard açıqlaması -  "Onu həmişə qiymətləndirmişəm"
DÜNYA FUTBOLU 5 Aprel 2019 / 16:48 3858
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan Madrid klubunun "Çelsi"nin futbolçusu Eden Hazardı transfer edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, fransalı mütəxəssis "Marca"ya açıqlamasında belçikalı yarımüdafiəçi haqda müsbət fikirlər səsləndirsə də, transfer məsələsi haqda danışmayıb:

"Mən bu barədə şəxsi fikrimi deyə bilmərəm. Çünki hələ mövsümün sonu deyil. Həmişə Hazardı qiymətləndirmişəm. Hələ Fransada oynayarkən onu çox izləmişəm".

Qeyd edək ki, Britaniya mətbuatı "Real"ın Hazardı 100 milyon avro qarşılığında transfer edəcəyini yazıb.

Son xəbərlər