Xorvatiya millisinin üzvü "Beşiktaş"ın hədəfində

Xorvatiya millisinin üzvü "Beşiktaş"ın hədəfində
DÜNYA FUTBOLU 5 Aprel 2019 / 15:28 2667
-  A +

"Beşiktaş" "Everton"un futbolçusu Nikola Vlaşiçi heyətinə cəlb etmək istəyir.

Qol.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu hazırda icarə əsasında Rusiyanın SSKA klubunda çıxış edən 21 yaşlı hücumçunu yayda transfer etməyi planlaşdırıb.

SSKA-nın prezidenti Yevgeni Giner də yerli mətbuata açıqlamasında mövsümün sonunda "Everton"a qayıdacaq futbolçu ilə "Beşiktaş"ın maraqlandığını bildirib.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü bu mövsüm Rusiya Premyer Liqasında 18 oyuna 5 qol vurub.

Son xəbərlər