Cenk Tosun "Fənərbaxça"ya keçə bilər

Cenk Tosun "Fənərbaxça"ya keçə bilər
DÜNYA FUTBOLU 5 Aprel 2019 / 13:00 2691
-  A +

"Fənərbaxça" "Everton"un futbolçusu Cenk Tosunu heyətinə cəlb edə bilər.

Qol.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

İstanbul klubunun prezidenti Ali Koçun yaxın dostu olan "Everton"un rəhbəri Bill Kenvrayt və futbolçunun özü ilə bu transfer barədə danışdığı bildirilir. "Fənərbaxça" Türkiyə millisinin üzvünü uzun müddətlik icarəyə götürmək istəyir.

Qeyd edək ki, 27 yaşlı forvard bu mövsüm Premyer Liqada 22 oyuna 2 qol vurub.

Son xəbərlər