“Beşiktaş”ın futbolçusu həbs oluna bilər

“Beşiktaş”ın futbolçusu həbs oluna bilər
DÜNYA FUTBOLU 4 Aprel 2019 / 20:32 3484
-  A +

“Beşiktaş”ın futbolçusu Adriano həbs təhlükəsi ilə üzləşib.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, “Sevilya” və “Barselona” forması ilə 10 il İspaniyada çıxış edən 34 yaşlı müdafiəçi bu ölkədə vergidən yayınmaqda ittiham olunur.

Braziliyalı futbolçu üçün 3 il həbs cəzası və 1 milyon 746 min avro cərimə istənilib. Adrianonun məhkəməsi aprelin 9-da keçiriləcək.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü 2016-cı ildən “Beşiktaş”da çıxış edir.

Son xəbərlər