İtaliya futbolunda növbəti irqçilik qalmaqalı yaşanıb.
Qol.az-ın “Sky Sport İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, “Yuventus”un hücumçusu Moyze Kin A Seriyasının 30-cu turunun “Kalyari” ilə səfər oyununda (2:0) yerli azarkeşlərin irqçi şüarları ilə üzləşib.
Buna qaradərili futbolçunun 85-ci dəqiqədə vurduğu qolu sardiniyalı fanatların əyləşdiyi sektorun qarşısında qeyd etməsi səbəb olub. 19 yaşlı futbolçunun hərəkətini narazılıqla qarşılayan tərəfdarlar onu fitə basıb, təhqir etməyə başlayıblar.
“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi vəziyyətə müdaxilə edib, ortalığı sakitləşdirməyə çalışsa da, azarkeşlər irqçi şüarlar səsləndirməyə davam ediblər. Ardınca Turin klubunun digər qaradərili futbolçusu Blez Matiudi emosional şəkildə yerli publikaya cavab verib. Daha sonra görüşün baş hakimi Pyero Cakomelli stadionun diktorundan azarkeşlərə xəbərdarlıq etməsini istəyib. Ancaq bu da onları sakitləşdirməyib.
Qeyd edək ki, bu, İtaliyada ilk irqçilik qalmaqalı deyil. Bir müddət öncə “Napoli”nin müdafiəçisi Xalidu Kolibali də azarkeşlərin irqçi təhqirləri ilə üzləşmişdi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"