Penalti vurarkən zədələnən futboçu 6 ay oynamayacaq

Penalti vurarkən zədələnən futboçu 6 ay oynamayacaq
DÜNYA FUTBOLU 1 Aprel 2019 / 12:38 2746
-  A +

Portuqaliyanın “Portu” klubu ciddi itki ilə üzləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya Premyer Liqasının 27-ci turunda “Braqa” ilə görüşdə (3:2) penalti vurarkən zədələnən Aleks Telles 6 ay meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, braziliyalı müdafiəçi "Portu"nun Çempionlar Liqasının 1/4 finalında aprelin 9-da “Liverpul”la qarşılaşacağı oyunda iştirak etməyəcək.

Xatırladaq ki, penaltini dəqiq yerinə yetirən futbolçu müvazinətini saxlaya bilməyib və yıxılıb. Oyunu davam etdirə bilməyən Telles əvəzlənib. 


Son xəbərlər
30.06.24  14:50

"Turan Tovuz" onu