"İnter" öz meydanında uduzdu

"İnter" öz meydanında uduzdu
DÜNYA FUTBOLU 1 Aprel 2019 / 00:52 1975
-  A +

İtaliya A Seriyasının 29-cu turunun son oyununda "İnter" doğma meydanda "Latsio" ilə üz-üzə gəlib.

Qol.az-ın məlumatına görə, görüş Milan klubunun məğlubiyyəti ilə başa çatıb. Sergey Milinkoviç-Saviçin 13-cü dəqiqədə vurduğu qol matçda yeganə olub və paytaxt təmsilçisinə qələbə qazandırıb.

31 mart

"İnter" - "Latsio"
Qol:
S. Milinkoviç-Saviç, 13

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, "İnter" 53 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Luçano Spalettinin komandası ən yaxşın izləyicisi "Milan"ı 2 xal qabaqlayır. Xallarının sayını 48-ə çatdıran "Latsio" isə 4-cü sıraya yüksəlib. Turnir cədvəlinə isə 78 xalı olan "Yuventus" başçılıq edir. İkinci yerdə isə 63 xalla "Napoli" qərarlaşıb.

Son xəbərlər
30.06.24  14:50

"Turan Tovuz" onu