"Real" fransalı futbolçu ilə anlaşdı

"Real" fransalı futbolçu ilə anlaşdı
DÜNYA FUTBOLU 30 Mart 2019 / 10:06 4347
-  A +

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo "Real"a keçməyə yaxındır.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, artıq tərəflər arasında ilkin razılıq əldə olunub. Mövsümün sonunda parislilərlə müqaviləsi başa çatacaq fransalı futbolçu "kral klubu"na azad agent kimi keçəcək.

Qeyd edək ki, PSJ rəhbərliyi ilə münasibətləri pis olan futbolçu uzun müddətdir əsas komandadan kənardadır. 23 yaşlı yarımmüdafiəçi daha əvvəl "Barselona" ilə razılıq anlaşsa da, anasının Kataloniya klubundan yüksək məvacib tələb etməsi səbəbindən keçid alınmamışdı.

Son xəbərlər