"Real"dan Poqba üçün 125 milyon funt sterlinq

"Real"dan Poqba üçün  125 milyon funt sterlinq
DÜNYA FUTBOLU 30 Mart 2019 / 01:06 3225
-  A +

"Real" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer etməkdə israrlıdır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu fransalı yarımmüdafiəçini almaq üçün 125 milyon funt sterlinq ayırıb.

Qeyd edək ki, Poqbanın İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2021-ci ilin iyununda başa çatır. O, 2016-cı ildən "MY"da oynayır.


Son xəbərlər