"Atletiko" Saul Niqesi satmır

"Atletiko" Saul Niqesi satmır
DÜNYA FUTBOLU 29 Mart 2019 / 23:00 1847
-  A +

"Atletiko" yarımmüdafiəçisi Saul Niqesi satmağa hazırlaşmır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu 24 yaşlı futbolçunu komandanın əsas oyunçusu hesab edir.

S.Niqesin ancaq müqaviləsində qeyd olunan təzminat qiyməti - 150 milyon avro ödəniləcəyi təqdirdə, klubu tərk edəcəyi vurğulanıb.

Qeyd edək ki, S.Niqeslə "Barselona" və "Mançester Siti"nin maraqlandığı iddia olunur.


Son xəbərlər