"Mançester Yunayted" Sulşer üçün təzminat ödəyəcək

"Mançester Yunayted" Sulşer üçün təzminat ödəyəcək
DÜNYA FUTBOLU 29 Mart 2019 / 19:13 4454
-  A +

"Mançester Yunayted" baş məşqçisi Ole-Qunnar Sulşerin sabiq klubu "Molde"yə təzminat ödəyəcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub dünən norveçli mütəxəssisi baş məşqçi kimi təsdiqlədiyi və onunla müqavilə imzaladığı üçün Norveç klubuna 580 min avro verəcək.

Xatırladaq ki, "MY" eyni məbləği "Molde"yə Sulşeri komandanın müvəqqəti baş məşqçi vəzifəsinə gətirdiyi vaxt- dekabrda da ödəmişdi.


Son xəbərlər