"Barselona" Albaya 500 milyon qiymət qoydu - rəsmi

"Barselona" Albaya 500 milyon qiymət qoydu -  rəsmi
DÜNYA FUTBOLU 28 Fevral 2019 / 19:33 3145
-  A +

“Barselona” futbolçusu Jordi Alba ilə müqaviləni uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İspaniya millisinin üzvü ilə 5 illik müqavilə ilə bağlı razılıq əldə olunub.

Yeni sazişə əsasən 30 yaşlı müdafiəçi 2024-cü ilin 30 iyununa qədər Kataloniya klubunda çıxış edəcək. Albanın təzminat qiyməti isə 500 milyon avro olub.

Qeyd edək ki, Jordi Alba 2012-ci ildən “Barselona”da oynayır.

Son xəbərlər