"Barselona" azarkeşlərindən "Real"a atmaca: "Hanı Ronaldo?"

"Barselona" azarkeşlərindən "Real"a atmaca: "Hanı Ronaldo?"
DÜNYA FUTBOLU 28 Fevral 2019 / 13:50 4681
-  A +

"Barselona"nın azarkeşləri dünən İspaniya kubokunun yarımfinal mərhələsinin "Real"la cavab oyunundan (3:0) sonra rəqib komandaya söz atıblar.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, matçın final fiti səslənən kimi Kataloniya klubunun fanatları qışqıraraq, "Hanı Ronaldo?" şüarı səsləndiriblər. Onlar bununla "kral klubu"nun öz meydanında 3 cavabsız qolla məğlub olmasına işarə vurublar. "Real" tərəfdarları isə fit çalaraq, qarşı tərəfin səsini batırmağa çalışıb.

Qeyd edək ki, dünənki "El-Klassiko"nu 200-ə yaxın "Barselona" azarkeşi izləyib. İlk oyunda evdə "Real"la heç-heçə (1:1) edən Kataloniya klubu səfərdə böyükhesablı qələbə qazanaraq, kubokun finalına yüksəlib.

Son xəbərlər