Türkiyə kubokunda növbəti yarımfinalçı bilindi

Türkiyə kubokunda növbəti yarımfinalçı bilindi
DÜNYA FUTBOLU 28 Fevral 2019 / 00:30 2878
-  A +

Türkiyə kubokunda növbəti yarımfinalçı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, 1/4 finalın növbəti cavab qarşılaşmasında “Göztəpə”  evdə “Yeni Malatyaspor”la üz-üzə gəlib.

Görüşün əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqlar ilk matçda eyni hesablı üstünlük əldə etdiklərindən oyun penaltilər seriyasına qədər uzanıb.  Burada daha dəqiq olan “Yeni Malatyaspor” (5:3) növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Türkiyə kubokunda sonuncu yarımfinalçının adına bu gün “Kasımpaşa” – “Akhisarspor” oyunundan sonra aydınlıq gələcək. Bundan əvvəl isə “Ümraniyespor” və “Qalatasaray” yarımfinala yüksəlib.

Son xəbərlər