"Qalatasaray" 4 qolla uduzub, yarımfinala çıxdı

"Qalatasaray" 4 qolla uduzub, yarımfinala çıxdı
DÜNYA FUTBOLU 27 Fevral 2019 / 17:12 4597
-  A +

Türkiyə kubokunda 1/4 finalın cavab oyunları keçirilir.

Qol.az xəbər verir ki, bu gün  "Qalatasaray" səfərdə birinci liqa təmsilçisi "Hatayspor"un qonağı olub.

Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk görüşdə 2:0 üstün olan İstanbul klubu səfər qolu sayəsində yarımfinala yüksəlib.

"Hatayspor" - "Qalatasaray" - 4:2
Qollar:
Çelik, 21 (0:1), Akbaba, 53 (0:2), Karadeniz, 59-pen. (1:2), 71-pen. (2:2), Aydın, 79 (3:2), Çipe, 87-avtoqol (4:2)
İlk oyun - 0:2

Son xəbərlər