"Borussiya" və "Bayer" kubokla vidalaşdı

"Borussiya" və "Bayer" kubokla vidalaşdı
DÜNYA FUTBOLU 6 Fevral 2019 / 02:37 2831
-  A +

Almaniya kubokunda 1/8 final mərhələsinə start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Günün ilk matçında ikinci bundesliqa təmsilçisi "Haydenhaym" "Bayer"i 2:1 hesabı ilə məğlub edib. Leverkuzen təmsilçisini mübarizədən kənarlaşdıran aşağı liqa klubu bununla sensasiyaya imza atıb.

Eyni saatda başlayan digər oyunda isə "Hamburq" "Nürnberq"i minimal hesabla üstələyib və adını 1/4 finala yazdırıb. "Borussiya" (Dortmund) - "Verder" matçında qalibi penaltilər seriyası müəyyənləşdirib. Həlledici zərbələr zamanı daha dəqiq oynayan qonaqlar növbəti mərhələyə adlayıblar.

Digər görüşdə isə ikinci bundesliqa təmsilçiləri - "Duysburq" və "Paderborn" klubları üz-üzə gəliblər. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələnin digər 4 oyunu bu gün keçiriləcək.


Almaniya kuboku, 1/8 final mərhələsi

5 fevral

"Haydenhaym" - "Bayer" - 2:1
Qollar:
Y. Brandt, 44 (0:1), N. Dovedan, 47 (1:1), M. Multaup, 72 (2:1)

"Hamburq" - "Nürnberq" - 1:0
Qol: B. Özcan

"Borussiya" (Dortmund) - "Verder" - 3:3 (əsas və əlavə vaxt)
Penaltilər seriyasında
- 2:4
Qollar: M. Raşitsa, 4 (0:1), M. Roys, 45 (1:1), K. Pulişiç, 105 (2:1), K. Pizarro, 108 (2:2), Ə. Hakimi, 113 (3:2), M. Harnik, 119 (3:3)

"Duysburq" - "Paderborn" - 1:3
Qollar:
Kauli, 47 (1:0), B. Tekbetey, 52 (1:1), K. Proqer, 61 (1:2), K. Antvi-Adcey, 76 (1:3)


6 fevral

"Holştayn" - "Auqsburq"

"Leyptsiq" - "Volfsburq"

"Şalke" - "Fortuna"

"Herta" - "Bavariya"

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi