"Qalatasaray" "Trabzonspor"la oyuna itkilərlə çıxacaq

"Qalatasaray" "Trabzonspor"la oyuna itkilərlə çıxacaq
DÜNYA FUTBOLU 5 Fevral 2019 / 22:45 2360
-  A +

Türkiyə Superliqasının 21-ci turunda “Trabzonspor”la qarşılaşacaq “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, son turda “Alanyaspor”la keçirilən matçda sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən yarımmüdafiəçi Fernando və hücumçu Sinan Gümüş  bu vacib görüşü buraxacaq.

Bundan başqa, zədəli yarımmüdafiəçi Emre Akbabanın da qarşılaşmanı buraxacağı gözlənilir.

Qeyd edək ki, “Qalatasaray” – “Trabzonspor” oyunu fervalın 10-da keçiriləcək.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi