Messi özü qərar verəcək

Messi özü qərar verəcək
DÜNYA FUTBOLU 5 Fevral 2019 / 22:00 3854
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya kubokunun yarımfinal mərhələsində “Real”la oyunu buraxa bilər.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, La Liqanın son turunda “Valensiya” ilə matçda (2:2) bud nahiyyəsindən xəsarət alan argentinalı futbolçu  “El-Klassiko”da oynayıb-oynamayacağına özü qərar verəcək. 31 yaşlı forvardın zədəsinin ciddi olmadığı, yalnız ağrılarının qaldığı bildirilib. O, bugünkü məşq zamanı komanda ilə birgə çalışıb.

Qeyd edək ki, sabah keçiriləcək  “Barselona” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi