VAR sistemi Avroliqanın Bakıdakı finalında

VAR sistemi Avroliqanın Bakıdakı finalında
DÜNYA FUTBOLU 5 Fevral 2019 / 14:53 1478
-  A +

Bu mövsüm Avropa Liqasının final oyununda VAR (videotəkrar) sistemindən istifadə olunacaq.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, qurum artıq Bakıda keçiriləcək həlledici qarşılaşmada VAR-ın tətbiq olunacağını təsdiqləyib. Həmçinin bu mövsüm Çempionlar Liqasında, Millətlər Liqasının Portuqaliyada olacaq finalında və 21 yaşadək futbolçulardan ibarət komandalar arasında İtaliyada keçiriləcək Avropa çempionatında sözügedən texnologiyadan istifadə ediləcək.

Qeyd edək ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi