“El Klassiko” öncəsi "Real"dan narazılıq

“El Klassiko” öncəsi "Real"dan narazılıq
DÜNYA FUTBOLU 5 Fevral 2019 / 13:59 4665
-  A +

"Real" İspaniya La Liqasının fevral ayı üçün təqvimindən narazı qalıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid  klubu hesab edir ki, cədvəl "Barselona"nın xeyrinə təşkil edilib. Çünki Kataloniya təmsilçisi İspaniya kubokunda yarımfinalın hər iki oyunu  öncəsi “Real"la müqayisədə 1 gün çox istirahət edəcək.

Fevralın  6-sı kubokdakı ilk "El-Klassiko"dan əvvəl ölkə  çempionatında "Barselona" fevralın 2-si "Valensiya" ilə qarşılaşıb. "Kral klubu" isə 1 gün sonra "Alaves"lə oynayıb. Analoji vəziyyət fevralın  27-i keçiriləcək kubokun cavab  görüşü öncəsi də olacaq. "Barselona" həmin matçdan 4 gün əvvəl "Sevilya"nın qonağı olacaq. Növbəti gün isə "Real" "Levante" ilə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner