"Bavariya"nın apellyasiya şikayəti rədd edildi

"Bavariya"nın apellyasiya şikayəti rədd edildi
DÜNYA FUTBOLU 4 Fevral 2019 / 20:30 2343
-  A +

UEFA İntizam Komitəsi "Bavariya"nın futbolçusu Tomas Müllerin cəzasının ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, alman hücumçunun iki oyunluq cəzası qüvvədə qalıb. Beləliklə, T.Müller Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la hər iki görüşü buraxacaq.

Qeyd eək ki, Çempionlar Liqasının qrup mərhələsinin son turunun "Ayaks"la səfər qarşılaşmasında (3:3) rəqib futbolçu  Nikolas Talyafikonun başına təpik vurduğu üçün qırmızı vərəqə almışdı. Buna görə o, iki matçlıq cəzalandırılıb.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner