Messi "El-Klassiko"nu buraxa bilər

Messi "El-Klassiko"nu buraxa bilər
DÜNYA FUTBOLU 4 Fevral 2019 / 18:31 3031
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya kubokunun yarımfinal mərhələsində “Real”la oyunu buraxa bilər.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, son turun “Valensiya” ilə matçında (2:2) bud nahiyyəsindən xəsarət alan argentinalı superulduz komandasının bügünkü məşqində iştirak etməyib. Bununla da 31 yaşlı futbolçunun “El-Klassiko”da oynamaq ehtimalının aşağı olduğu bildirilib.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə fevralın 27-də keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner