"De Rossinin atası kimi görünürəm" - Qattuzo

"De Rossinin atası kimi görünürəm" -  Qattuzo
DÜNYA FUTBOLU 4 Fevral 2019 / 15:55 2291
-  A +

"Yaxşı oynadıq. İlk hissədə "Roma", ikinci yarıda isə biz üstün idik. Qələbə də qazana bilərdik. Bu cür rəqiblə oyun həmişə çətin olur".

Qol.az xəbər verir ki, bu sözləri "Milan"ın baş məşqçisi Cennaro Qattuzo İtaliya A Seriyasının 22-ci turunda "Roma" ilə səfər oyunundan (1:1) sonra mətbuat konfransında deyib.

O, İtaliya yığmasında birgə çıxış etdiyi "Roma"nın kapitanı Daniele De Rossi ilə bağlı maraqlı fikirlər səsləndirib: "De Rossi ilə oyundan öncə görüşdük, bir-birimizə sarıldıq. Onunla DÇ-2006-da gözəl anlar yaşamışıq. Mən çox yaşlı görünürəm, o isə möhtəşəmdir. Məndən cəmi 6-7 yaş kiçikdir, ancaq onun atası kimi görünürəm".

Qeyd edək ki, Qatuzzo və De Rossi İtaliya millisində 6 il birlikdə oynayıblar.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi