Sabiq futbolçusu PSJ-ni məhkəməyə verdi

Sabiq futbolçusu PSJ-ni məhkəməyə verdi
DÜNYA FUTBOLU 4 Fevral 2019 / 14:32 2400
-  A +

"Renn"in yarımmüdafiəçisi Hatem Ben Arfa sabiq klubu PSJ-ni məhkəməyə verib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, paytaxt klubundan təzminat almaq istəyir.

2017-ci ilin aprelindən 2018-ci ilin iyun ayına qədər PSJ-də əsas komandadan uzaqlaşdırılan fransalı futbolçu klubun onun karyerasına ağır zərbə vurduğunu bildirib 32 yaşlı futbolçu 7-8 milyon avroluq təzminat tələb edib.

Qeyd edək ki, Hatem Ben Arfa 2016-2018-ci illərdə PSJ-də oynayıb.


Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi