Salanı aparan təyyarə tapıldı

Salanı aparan təyyarə tapıldı
DÜNYA FUTBOLU 4 Fevral 2019 / 10:00 5531
-  A +

Uelsin "Kardif" klubunun yeni transferi  Emiliano Salanın da içində olduğu itən təyyarə tapılıb.

Qol.az Britaniya mətbuatına istinadən  xəbər verir ki, təyyarənin qırıntıları Qernsi adası yaxınlığında, La-Manş boğazının dibində aşkarlanıb. Bu barədə Salanın və təyyarənin pilotu Aybbotsonun ailəsinə məlumat verilib. Onların meyitlərinin tapılıb-tapılmadığı barədə xəbər yoxdur.

Axtarışları xüsusi maliyyələşdirilmiş bir kommersiya şirkəti aparıb.

Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. Argentinalı futbolçu İngiltərə Premyer Liqasında çıxış edən "Kardiff"in ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.


Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi